Xəbər Yerində AZƏRTAC-a istinadən xəbər verir ki, Sabunçu rayonunun Yeni Ramana küçəsində aparılacaq təmir işləri ilə əlaqədar bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Agentlik sürücülərə hərəkət istiqamətlərini əvvəlcədən planlaşdırmağı və yolda yarana biləcək çətinliklərin qarşısını almaq üçün alternativ yollardan istifadə etməyi tövsiyə edib.

