Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhərinin müxtəlif çimərliklərində dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışlarının davam etdirildiyini açıqlayıb.
Bildirilib ki, 6 iyul 2026-cı il tarixində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizin nəzarətsiz ərazisində batdığı ehtimal edilən 2007-ci il təvəllüdlü Məmmədzadə Zeynəb Rasim qızının, 15 iyul 2026-cı il tarixində Xəzər rayonu, Mərdəkan qəsəbəsində nəzarətsiz ərazidə batdığı ehtimal edilən 2004-cü il təvəllüdlü Qarayev Elgün Elçin oğlunun, eləcə də 16 iyul 2026-cı il tarixində Sabunçu rayonu, Bilgəh qəsəbəsində “Daçnik” adlanan nəzarətsiz sahildə batdığı ehtimal edilən 2003-cü il təvəllüdlü Əmirov Rəhman Məzahim oğlunun axtarışları davam etdirilir.
Hazırda axtarış-xilasetmə tədbirləri FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən vətəndaşların batdığı ehtimal edilən istiqamətlər üzrə fasiləsiz şəkildə həyata keçirilir.

