Bakıda ev satmaq adı ilə 23 min manatlıq DƏLƏDUZLUQ

Bakıda ev satmaq adı ilə 23 min manatlıq DƏLƏDUZLUQ

Bakıda özünü əmlakçı kimi təqdim edən şəxsin vətəndaşın külli miqdarda pulunu mənimsədiyi iddia olunur.

“Xəbər Yerində” xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində dələduzluqda şübhəli bilinən 42 yaşlı X.Məmmədov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxs özünü əmlakçı kimi təqdim edərək zərərçəkənin etibarından istifadə edib. O, ev satmaq vədi ilə vətəndaşın 23 min manata yaxın pulunu ələ keçirməkdə şübhəli bilinir.

Faktla bağlı araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir