Bakıda Formula-1 məhdudiyyətləri başlayır: Bu yollar bağlanacaq

Bakıda Formula-1 məhdudiyyətləri başlayır: Bu yollar bağlanacaq

Xəbər Yerində xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “2026 Formula-1 Azərbaycan Qran Prisi” ilə əlaqədar sürücülərə və digər hərəkət iştirakçılarına müraciət edib.

Qurum yarış günlərində paytaxtda yarana biləcək nəqliyyat sıxlığının qarşısını almaq üçün bir sıra tədbirlərin görüləcəyini açıqlayıb.

Sentyabrın 24-dən 26-dək Bakıətrafı kənd və qəsəbələrdən, eləcə də digər şəhər və rayonlardan paytaxta gələn şəxslərə ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur. Bakı sakinlərindən də yarış müddətində şəxsi avtomobillərdən mümkün qədər az istifadə etmələri və şəhərin mərkəzinə ictimai nəqliyyatla getmələri xahiş edilir.

DYP həmçinin istismar müddəti uzun olan və texniki nasazlığı olan avtomobillərlə yola çıxmamağa çağırıb.

Məlumata görə, Üzeyir Hacıbəyli küçəsi ilə Puşkin küçəsinin kəsişməsindən Bülbül prospekti istiqamətində yeni tranzit dəhlizi yaradılacaq.

Yarışla əlaqədar şəhərin bir sıra hissələrində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. İlk məhdudiyyət sentyabrın 19-da saat 21:00-dan qüvvəyə minəcək. Bu məhdudiyyət Puşkin küçəsinin Üzeyir Hacıbəyli və Neftçilər prospekti ilə kəsişən hissəsini əhatə edəcək və tədbir başa çatanadək qüvvədə qalacaq.

Nəqliyyatın İdarəetmə Planına əsasən, Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 20-si saat 01:00-dan sentyabrın 28-i saat 08:00-dək nəqliyyatın hərəkəti üçün bağlanacaq.

Məhdudiyyət zonalarına avtomobillə giriş və çıxış yalnız “Yaşayış Yerinə Giriş İcazəsi” əsasında mümkün olacaq.

Sentyabrın 21 və 22-də müəyyən edilmiş giriş-çıxış yollarından səhər saat 07:00-dan 09:00-dək, axşam isə 18:00-dan 20:00-dək dayanma və durma olmamaq şərtilə istifadə etmək mümkün olacaq.

Sentyabrın 23-də isə həmin yollar səhər 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq saxlanılacaq.

Giriş istiqamətləri:

  • Salyan şosesindən Neftçilər prospekti və Azneft dairəsinə doğru;
  • M. Lermontov küçəsindən BMT-nin 50 İlliyi və İstiqlaliyyət küçələrinə doğru;
  • Bülbül prospektindən sağa Zərifə Əliyeva küçəsinə, düzünə isə Neftçilər prospektinə doğru;
  • Nizami və Puşkin küçələrinin kəsişməsindən Xəqani küçəsinə doğru;
  • Üzeyir Hacıbəyli və Puşkin küçələrinin kəsişməsindən Bülbül prospektinə doğru.

Çıxış istiqamətləri:

  • Neftçilər prospektindən Bakı Dəniz Limanı, Port Baku Mall və Crescent Mall istiqamətində;
  • İstiqlaliyyət küçəsindən Azərbaycan prospektinə doğru;
  • Neftçilər prospektindən Azneft dairəsi, Dəniz Mall və Salyan şosesinə doğru.

Məhdudiyyətlərin qüvvədə olduğu müddətdə ictimai nəqliyyat və ağır tonnajlı yük avtomobilləri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti müəyyən edilmiş tranzit dəhlizləri ilə həyata keçiriləcək.

Tranzit dəhlizlərində fövqəladə hallar istisna olmaqla, avtomobillərin park edilməsinə, eləcə də sərnişinlərin mindirilməsi və düşürülməsinə icazə verilməyəcək. Həmin ərazilərdə maksimal hərəkət sürəti saatda 50 kilometr olacaq.

Mənbə: Oxu.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir