Bakının Nərimanov rayonunda güclü küləyin təsiri nəticəsində ağac avtomobilin üzərinə aşıb.
Hadisə nəticəsində avtomobilə ziyan dəyib. İlkin məlumata görə, xəsarət alan olmayıb.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, aşan ağacın ərazidən götürülməsi istiqamətində tədbirlər görülür. Hadisənin dəqiq səbəbləri araşdırılır.



