Bakıda hoteldə ölüm hadisəsi baş verib.
Xəbər Yerində xəbər verir ki, hadisə avqustun 29-da saat 18 radələrində Nizami rayonunda, Məhsəti Gəncəvi küçəsi 25 ünvanında yerləşən “My Life” hotelində qeydə alınıb.
Məlumata görə, hoteldə qonaq olan 1966-cı il təvəllüdlü A. İsgəndərov qəfil vəfat edib.
İlkin məlumata əsasən, 60 yaşlı kişinin ölümünə infarkt səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Qafqazinfo

