Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ rayonunda çoxmərtəbəli binanın pəncərəsindən iti aşağı atan şəxs müəyyən edilərək saxlanılıb.
Məlumata görə, Ağakişiyev soyadlı şəxs heyvanla rəhmsiz rəftar etdiyinə görə 25 sutka müddətinə inzibati qaydada həbs olunub.
Yayılan görüntülərdə şəxsin iti binanın pəncərəsindən aşağı atdığı əks olunub. Hadisə nəticəsində heyvanın öldüyü bildirilib.

