Bakıda klinikadan kənarda liposaksiya edildiyi iddia olunan görüntülər yayılıb-VİDEO

Bakıda klinikadan kənarda liposaksiya edildiyi iddia olunan görüntülər yayılıb-VİDEO

Bakıda klinika şəraitindən kənarda liposaksiya əməliyyatı aparıldığı iddia olunan görüntülər sosial şəbəkələrdə yayılıb.

“Unikal”ın məlumatına görə, kadrlarda qadın üzərində anesteziya tətbiq edilmədən prosedurun icra olunduğu görünür. Həmçinin əməliyyatın sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə aparıldığı, proses zamanı kənar şəxsin də otağa daxil olduğu əks olunub.

Əməliyyatı həyata keçirən şəxsin kimliyi və görüntülərin hansı tarixdə çəkildiyi hələlik məlum deyil. Hadisə ilə bağlı rəsmi açıqlama verilməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir