Bakıda məktəbin mühafizəçisinə 10 nəfər hücum etdi – İki nəfər həbs olundu

Bakıda məktəbin mühafizəçisinə 10 nəfər hücum etdi – İki nəfər həbs olundu

Bakının Hövsan qəsəbəsində yerləşən məktəblərdən birində mühafizəçiyə qarşı zorakılıq hadisəsi baş verib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, bir qrup şəxs məktəbin xarici divarına ekstremist şüarlar yazmağı planlaşdırıb. Bu zaman həmin şəxslərlə məktəbin mühafizəçisi arasında mübahisə yaranıb.

Mübahisə daha sonra davaya çevrilib. Təxminən 10 nəfərin mühafizəçiyə hücum edərək ona ağır xəsarətlər yetirdiyi bildirilir.

Mühafizəçi əməliyyat olunub

Hücum nəticəsində başından xəsarət alan mühafizəçi şəhər xəstəxanalarından birinə çatdırılıb. Onun əməliyyat olunduğu qeyd edilir.

İki nəfər həbs edilib

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən iki nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək həbs olunub.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir