Bakıda məsciddə yanğın olub

Bakıda məsciddə yanğın olub

Bakının Suraxanı rayonu, Köhnə Günəşli qəsəbəsində yerləşən Mirtağı məscidinin ərazisində yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub və yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülüb.

FHN-in yaydığı məlumata görə, məscidin ərazisində baş verən yanğın qısa müddətdə tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir