Bakıda motosiklet qəzası: 22 yaşlı sürücü həyatını itirdi

Bakıda motosiklet qəzası: 22 yaşlı sürücü həyatını itirdi

İyulun 10-da saat 16 radələrində Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı 22 yaşlı Amin Cəfərovun idarə etdiyi motosikletlə eyni istiqamətdə hərəkətdə olan 21 yaşlı Elşən Hüseynovun sürdüyü digər motosiklet toqquşub.

Yüksək sürət və kobud yol hərəkəti qaydası pozuntuları ilə müşayiət olunan qəza nəticəsində Amin Cəfərov hadisə yerində dünyasını dəyişib.

Xeberyerinde aznewsa istinadən xəbər verir ki, faktla bağlı cinayət işi başlanılıb və hazırda araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrini idarə edən sürücülərə müraciət edərək yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.

Qurum sürücülərə təhlükəsizlik tələblərini nəzərə almağı, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığını riskə atmamağın vacibliyini xatırladıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir