Bakıda elektrik naqillərindəki nasazlıq yanğına səbəb oldu
Paytaxtın Xətai rayonunda elektrik xətlərində yaranan problem nəticəsində yanğın baş verib.
Xeberyerində “Xəzərxəbər”ə istinadən məlumatına görə, hadisə İnqilab İsmayılov küçəsində qeydə alınıb.
Məlumata əsasən, naqillərdə yaranan qısaqapanmadan sonra ərazidə əvvəlcə kiçik partlayış səsləri eşidilib. Daha sonra alov güclənərək yaxınlıqda yerləşən şam ağacına da keçib.
Hadisə ilə bağlı yanğının dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

