Bakıda uşaq xəstəxanasında antisanitar görüntülər yayıldı

Bakıda uşaq xəstəxanasında antisanitar görüntülər yayıldı

Bakıda fəaliyyət göstərən 6 saylı Uşaq Kliniki Xəstəxanasının sanitar vəziyyəti ilə bağlı narazılıq yaranıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, jurnalist Ramilə Qurbanlı xəstəxanada çəkdiyi görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

Paylaşılan fotolarda tibb müəssisəsinin sanitar qovşağının yararsız və antisanitar vəziyyətdə olduğu iddia edilir.

Jurnalistin sözlərinə görə, problem yalnız sanitar qovşaqla məhdudlaşmır. O, xəstəxananın bəzi otaq və dəhlizlərinin də oxşar vəziyyətdə olduğunu bildirib.

Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərilib. Qurumun cavabı məlum olduqdan sonra təqdim ediləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir