“Baksol yolu”nda ölən 27 yaşlı gəncin işi: Prokuror 5 il həbs istədi

“Baksol yolu”nda ölən 27 yaşlı gəncin işi: Prokuror 5 il həbs istədi

Bakıda kanalizasiyaya düşərək həyatını itirən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, Nərimanov rayonunda, “Baksol yolu” adlanan ərazidə baş verən hadisə ilə bağlı keçirilən məhkəmə prosesində prokuror təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyib.

Dövlət ittihamçısı Bakı Sukanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini və onun məhkəmə zalında həbs olunmasını təklif edib.

Müdafiə tərəfinin vəsatəti əsasında növbəti məhkəmə prosesi oktyabrın 29-na təyin edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir