Almaniyanın paytaxtı Berlində “Pride” festivalı zamanı baş verən ölümcül hücumun əsas şübhəlisi polis tərəfindən zərərsizləşdirilib.

Məlumata görə, 21 yaşlı Almaniya vətəndaşı, Livan əsilli Abdul Ballut Berlinin Spandau rayonunda polisə bıçaqla hücum etməyə cəhd göstərərkən açılan atəş nəticəsində ölüb.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt hadisənin “islamçı terror aktı” olduğunu bildirib. Onun sözlərinə görə, şübhəli əvvəllər radikal qruplarla əlaqələrinə görə hüquq-mühafizə orqanlarının diqqətində olub.
Xatırladaq ki, şənbə günü Tiergarten parkı yaxınlığında mikroavtobusun insanların üzərinə sürülməsi nəticəsində 1 nəfər ölüb, azı 29 nəfər yaralanıb. Hadisədən sonra Almaniyada təhlükəsizlik tədbirləri gücləndirilib.


