Bilgəh sahilində 50 yaşlı kişinin meyiti tapıldı

Bilgəh sahilində 50 yaşlı kişinin meyiti tapıldı

Bakının Sabunçu rayonunda yerləşən Bilgəh çimərliyində meyit tapılıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat daxil olduqdan sonra əraziyə baxış keçirilib. İlkin araşdırmalar zamanı meyitin təxminən 45-50 yaşlarında kişiyə məxsus olduğu müəyyən edilib.

Hazırda şəxsin kimliyinin müəyyənləşdirilməsi, eləcə də ölüm səbəbinin aydınlaşdırılması istiqamətində araşdırmalar davam etdirilir.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir