Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı

Bilgəhdə 2 nəfərin öldüyü dəhşətli qəzanın görüntüləri yayıldı

Xəbər Yerində xəbər verir ki, oktyabrın 14-də saat 01:35 radələrində Bakının Bilgəh qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Volkswagen” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsinin idarəetməsini itirib və avtomobil aşıb.

İlkin məlumata görə, qəzaya yüksək sürət və sürücünün sərxoş vəziyyətdə olması səbəb olub.

Hadisə nəticəsində sərnişinlər Kamran Əliyev və Təbriz Əliyev hadisə yerində həyatlarını itiriblər.

Dövlət Yol Polisi qəzanın görüntülərini yayıb. Faktla bağlı cinayət işi başlanılıb, hadisənin təfərrüatları araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir