Binəqədidə obyektdə baş verən yanğın nəzarətə götürüldü-FOTO+VİDEO

Binəqədidə obyektdə baş verən yanğın nəzarətə götürüldü-FOTO+VİDEO

Bakının Binəqədi rayonu, Binəqədi–Novxanı–Mehdiabad yolunda yerləşən obyektdə baş verən yanğın nəzarət altına alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hadisə barədə məlumat “112” qaynar telefon xəttinə daxil olduqdan sonra əraziyə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Bildirilib ki, güclü küləkli hava şəraitinə baxmayaraq, görülən operativ tədbirlər nəticəsində alovun genişlənərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb və yanğın məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir. Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi bildirilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir