Cəmi bir qol buraxaraq finala çıxan ilk komanda: İspaniya tarixə düşdü

Cəmi bir qol buraxaraq finala çıxan ilk komanda: İspaniya tarixə düşdü

Xəbər verdiyimiz kimi, futbol üzrə Dünya Kubokunun yarımfinal mərhələsində İspaniya millisi Fransanı 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

Dallas stadionunda keçirilən qarşılaşmada üstün oyun nümayiş etdirən ispanlar turnirin həlledici görüşünə vəsiqə qazanan ilk komanda olublar.

Bu qələbə ilə mundial tarixində diqqətçəkən nəticəyə imza atıb. Belə ki, komanda finala qədər keçirdiyi 7 oyunda qapısından cəmi bir top buraxıb.

İspaniya yığmasının buraxdığı yeganə qol Belçika ilə görüşdə qeydə alınıb. Bununla da ispanlar Dünya Kubokunun tarixində finala qədər ən az – cəmi bir qol buraxaraq yüksələn ilk komanda olub.

Əgər İspaniya final matçında da qapısını toxunulmaz saxlasa, turniri cəmi bir buraxılmış qolla başa vuran ilk dünya çempionu kimi tarixə düşəcək.

Qeyd edək ki, İspaniya millisinin finaldakı rəqibi İngiltərə–Argentina qarşılaşmasının qalibi olacaq. Fransa isə üçüncü yer uğrunda həmin cütün məğlub komandası ilə üz-üzə gələcək.

Mənbə: Manşet.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir