Braziliyanda tornado: Ölən və yaralananlar var

Braziliyanda tornado: Ölən və yaralananlar var

Braziliyanın cənubundakı Rio Qrande-du-Sul ştatında güclü fırtına və tornado qeydə alınıb. Bəzi ərazilərdə küləyin sürəti saatda 130 kilometrdən çox olub.

Şiddətli hava şəraiti nəticəsində 114 bələdiyyədə yaşayış evləri, dövlət binaları, məktəblər və elektrik xətləri zərər görüb. Fırtına bölgədə gündəlik həyatı ciddi şəkildə iflic edib.

1 nəfər ölüb, 5 nəfər yaralanıb

Ştatın Mülki Müdafiə Agentliyinin məlumatına görə, Monteneqro bələdiyyəsində ağacın aşması nəticəsində bir nəfər həyatını itirib. Hadisə zamanı daha 5 nəfərin yaralandığı bildirilib.

Bir neçə ştatda təhlükə xəbərdarlığı

Braziliyanın Milli Meteorologiya İnstitutu ölkənin cənub və cənub-şərq bölgələri üçün sarı, narıncı və qırmızı səviyyəli hava xəbərdarlıqları yayıb.

Santa-Katarina, Parana, San-Paulu və Rio-de-Janeyro ştatlarında da güclü küləklərin müşahidə olunacağı proqnozlaşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir