Xəbər Yerində xəbər verir ki, “Formula-1 Azərbaycan Qran-Prisi 2026” ilə əlaqədar Bakının mərkəzi hissəsində yerləşən bəzi parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti dayandırılacaq.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bununla bağlı məlumat yayıb.
Məhdudiyyət sentyabrın 20-dən 29-dək davam edəcək.
AYNA sürücülərə avtomobillərini park edərkən ərazidə quraşdırılan parklanma nişanlarına diqqət yetirməyi tövsiyə edib. Məhdudiyyət tətbiq olunan ərazilərdə nəqliyyat vasitələrinin saxlanılmaması xahiş olunur.

