Xəbər Yerində xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-avqust aylarında 265 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Məlumata görə, həmin şəxslərdən 119 mini münasib işlə təmin edilib, 3,3 min nəfər isə kiçik ailə təsərrüfatı yaratmaq məqsədilə özünüməşğulluq proqramına cəlb olunub.
Bundan başqa, 12 min şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 130,7 min nəfərə peşəyönümü xidmətləri göstərilib.
Mənbə: Apa

