Bəhram Bağırzadənin kuryerə etdiyi jest sosial şəbəkələrdə diqqət çəkib.
Xeber Yerinde xəbər verir ki, yayılan videoda kuryer sifarişin maraqlı olduğunu və çatdırılma məsafəsinin cəmi 50 metr təşkil etdiyini deyir. Daha sonra avtomobilə yaxınlaşaraq bağlamanı sürücüyə təqdim etmək istəyir.
Bu zaman sürücünün aktyor və teleaparıcı Bəhram Bağırzadə olduğunu görən kuryer onu tanıdığını bildirir.
Bəhram Bağırzadə isə kuryerə 200 manat verir. Gözlənilməz jest qarşısında sevinən kuryer “Götürüb gedirəm ha” deyərək təşəkkürünü ifadə edir.
Həmin anlar videoya lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb.

