Cəlilabadda kütləvi zəhərlənmə olub

Cəlilabadda kütləvi zəhərlənmə olub

Cəlilabad rayonunda bir qrup şəxsin qidadan zəhərlənməsi ehtimalı ilə bağlı hadisə baş verib.

Xəbər Yerində “Yeni Sabah”a istinadən xəbər verir ki, ilkin məlumata görə, 10 nəfər zəhərlənmə diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata əsasən, xəstəxanaya yerləşdirilənlər arasında uşaqlar da var.

Əsgər yolasalma mərasimindən sonra narahatlıq yaranıb

Bildirilir ki, həmin şəxslər Biləsuvar rayonunda keçirilən əsgər yolasalma qonaqlığında iştirak ediblər.

Ailə üzvləri mərasimdən sonra evə qayıtdıqdan bir müddət sonra özlərini narahat hiss etməyə başlayıblar.

İlkin ehtimala görə, onların qonaqlıq zamanı yedikləri paytaxt salatından zəhərlənməsi mümkündür.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir