Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Cənubi Koreya Prezidenti Li Çje Men Ukraynanın iki Şimali Koreya hərbi əsirinin Seula təhvil verilməsi ilə bağlı məxfilik razılaşmasının mövcudluğunu qəbul etməyəcəyi və üzr istəməyəcəyi təqdirdə əlavə tədbirlər görüləcəyini bildirib.
Li Çje Men bu barədə “X” hesabında paylaşım edib.
“Faktları qəbul etməkdən və açıq şəkildə üzr istəməkdən imtina davam edərsə, əlavə tədbirlər görəcəyik”, – deyə Cənubi Koreya Prezidenti yazıb.
Seul və Kiyev arasında fikir ayrılığı
Məlumata görə, söhbət Ukraynanın Rusiya tərəfində döyüşərkən əsir götürülmüş iki Şimali Koreya hərbçisini Cənubi Koreyaya təhvil verməsindən gedir.
Seul Kiyevin həmin hərbi əsirlərin təhvil verilməsi ilə bağlı məxfilik razılaşmasını pozduğunu bildirir. Ukrayna isə belə bir razılaşmanın mövcudluğunu təkzib edir.

