Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, Gürcüstanın Marneuli rayonunda 13 yaşlı azərbaycanlı yeniyetmə qız əkiz uşaq dünyaya gətirib.
Bu barədə ictimai fəal Samirə Bayramova məlumat yayıb.
Onun sözlərinə görə, körpələrdən biri doğum evində ölüb, digər yenidoğulmuşun vəziyyəti isə ağırdır.
Samirə Bayramova APA-nın yerli bürosuna bildirib ki, 13 yaşlı qız Azərbaycan, onun ərə verildiyi şəxs isə Gürcüstan vətəndaşıdır.
Faktla bağlı araşdırma başlanıb
Gürcüstanın Daxili İşlər Nazirliyi faktla bağlı araşdırmaya başlayıb.
Araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 16 yaşına çatmamış şəxslə cinsi əlaqədə olmanı nəzərdə tutan maddəsi üzrə aparılır.

