Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon bölməsinin zabiti Asim Babayev barəsində hökm çıxarılıb.
Məhkəmənin qərarı ilə o, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Asim Babayev zərərçəkmiş şəxslərə pensiya təminatı təşkil edəcəyini vəd edərək ümumilikdə 13 min manatdan artıq pul vəsaitini dələduzluq yolu ilə əldə etməkdə təqsirli bilinib.
O, məhkəmə zalında həbs olunaraq cəzaçəkmə müəssisəsinə göndərilib.
Mənbə: Apa

