Ceki Çan İçərişəhərdə görüntüləndi – VİDEO

Ceki Çan İçərişəhərdə görüntüləndi – VİDEO

Xeberyerinde xəbər verir ki, dünya şöhrətli aktyor Ceki Çan Bakıda film çəkilişlərini davam etdirir.

Sosial şəbəkələrdə yayılan yeni görüntülərdə aktyorun İçərişəhərdə olduğu əks olunub. Kadrlarda Ceki Çanın çəkiliş heyəti ilə birlikdə tarixi məkanlarda görüntüləndiyi görünür.

Qeyd edək ki, məşhur aktyor “Tanrının Zirehi 4: Ultimatum” (Armor of God 4: The Ultimatum) filminin çəkilişləri üçün Azərbaycana gəlib. Ekran əsərinin bəzi səhnələri İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl Teatr və Fəvvarələr meydanında lentə alınacaq. Filmin premyerasının 2027-ci ildə baş tutacağı gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir