Xəbər Yerində APA-ya istinadən xəbər verir ki, “Tanrının zirehi 4: Ultimatum” filminin Azərbaycanda lentə alınan hissəsinin çəkilişləri uğurla başa çatıb.
Bildirilib ki, bu, Azərbaycanda indiyədək həyata keçirilmiş ən irimiqyaslı xarici film istehsalı layihəsidir.
Çəkilişlərə 26 dövlət qurumu dəstək verib
Filmin Azərbaycandakı çəkilişlərinin uğurla başa çatmasında Mədəniyyət Nazirliyinin koordinatorluğu ilə müxtəlif dövlət qurumlarının birgə fəaliyyəti mühüm rol oynayıb.
Ümumilikdə 26 rəsmi təşkilat çəkiliş heyətinə dəstək göstərib.
200-dən çox azərbaycanlı mütəxəssis layihəyə cəlb olunub
Filmin istehsalında 200-dən çox yerli mütəxəssis və onlarla yerli şirkət iştirak edib.
Qeyd olunub ki, bu cür beynəlxalq layihələrin Azərbaycanda həyata keçirilməsi yerli kino sənayesinin inkişafına, mütəxəssislərin təcrübə qazanmasına və beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verir.
Ceki Çan çəkilişlərə dəstək verənlərə təşəkkür edib
Filmin Azərbaycandakı çəkilişləri başa çatdıqdan sonra aktyor Ceki Çanın prosesə dəstək göstərən dövlət qurumlarının və şirkətlərin nümayəndələri ilə görüşü keçirilib.
Aktyor göstərilən dəstəyə görə qurumlara şəxsən təşəkkür edib və xatirə hədiyyələri təqdim edib.
Filmin Azərbaycanda çəkilməsi ölkənin beynəlxalq səviyyədə tanıdılması və turizm imkanlarının təbliği baxımından da mühüm hadisə kimi qiymətləndirilir.




