Çində ana əvvəl itini xilas etdi, sonra körpəsinə yönəldi-Video

Çində ana əvvəl itini xilas etdi, sonra körpəsinə yönəldi-Video

Çində körpəsi və iti ilə gəzintiyə çıxan qadının yaşadığı hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Hadisə zamanı qadına başqa bir itin hücum etdiyi bildirilir. Hücumdan qorunmağa çalışan qadın panikaya düşərək əvvəlcə öz itini qucağına alıb.

Bu zaman körpəsinin olduğu uşaq arabası aşıb və körpə yerə düşüb. Ətrafdakıların müdaxiləsi ilə digər it uzaqlaşdırıldıqdan sonra belə qadının ilk olaraq qucağındakı itə yönəldiyi, daha sonra isə yerə düşən körpəsinə yaxınlaşdığı görüntülənib.

Hadisə anbaan kameraya düşüb və görüntülər sosial şəbəkələrdə paylaşılaraq müzakirələrə səbəb olub. Bir çox istifadəçi təhlükə anında ananın prioritetinin körpə olması lazım gəldiyini bildirib.

Digər tərəfdən, hadisənin saniyələr içində baş verdiyini və qadının panika vəziyyətində hərəkət etdiyini vurğulayanlar da olub.

Sizcə, belə bir vəziyyətdə valideyn ilk növbədə necə davranmalıdır?

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir