6 gündür axtarışda olan 15 yaşlı yeniyetmənin meyiti tapıldı
Gürcüstanda Tbilisi gölündə itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti 6 günlük axtarışdan sonra aşkarlanıb.
“Xəbər Yerində” xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.
Bildirilib ki, xilasedici dalğıclar yeniyetmənin cansız bədənini gölün təxminən 30 metr dərinliyində tapıblar.
Qeyd edək ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini olan Umut Sofiyev avqustun 23-də Tbilisi gölündə çimərkən suda boğularaq itkin düşmüşdü. Onun axtarışlarına xilasedicilər və dalğıclar cəlb olunmuşdu.
Mənbə: Unikal

