“Cini çıxaracağını” vəd etdi, 3500 manatını aldı

“Cini çıxaracağını” vəd etdi, 3500 manatını aldı

Bakıda özünü ekstrasens kimi təqdim edən qadın dələduzluqda şübhəli bilinərək saxlanılıb

Bakıda sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxslə bağlı polisə müraciət daxil olub.

Xəbər Yerində xəbər verir ki, paytaxt sakini “TikTok”da özünü ekstrasens-parapsixoloq kimi təqdim edən şəxsin paylaşdığı elanı gördükdən sonra ona müraciət edib.

Qadın zərərçəkənə övladındakı “cini çıxaracağı” vədini verərək ondan 3 500 manat pul alıb.

Şikayət əsasında Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən 43 yaşlı L. İsmayılova saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir