Xəbər Yerində Lent.az-a istinadən xəbər verir ki, Bakının Nərimanov rayonunda piyadaların iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Məlumata görə, hadisə Həsən Əliyev və Xan Şuşinski küçələrinin kəsişməsində qeydə alınıb.
“Changan” markalı avtomobil piyada keçidindən istifadə edən qadın və azyaşlı oğlunu vurub. Zərbənin təsirindən ana və uşaq avtomobilin altında qalıb və maşın onların üstündən keçib.
Hadisə yerində xidmət aparan yol polisi əməkdaşları dərhal müdaxilə edərək xəsarət alanları xidməti avtomobillə xəstəxanaya çatdırıblar.
Hadisənin görüntülərini təqdim edirik:

