Dəhşətli qətl: gənc oğlan bibisini fermada güllələyərək öldürdü

Dəhşətli qətl: gənc oğlan bibisini fermada güllələyərək öldürdü

Tovuz rayonunda qadın güllələnərək öldürülüb.

Hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermalardan birində baş verib. İlkin məlumata görə, qadın odlu silahla qətlə yetirilib.

Məlum olub ki, qətlə yetirilən şəxs 1961-ci il təvəllüdlü M.İsayevadır. Onun şəxsi münaqişə zəminində qohumu – 1997-ci il təvəllüdlü Ü.İsayev tərəfindən güllələnərək öldürüldüyü bildirilir.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Hüquq-mühafizə orqanları tərəfindən hadisənin bütün təfərrüatları araşdırılır.

Faktla bağlı araşdırma davam etdirilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir