Dağıntıların arasından ümidə doğru addımlayırlar

Dağıntıların arasından ümidə doğru addımlayırlar

Xəbər Yerində xəbər verir ki, Qəzza zolağında davam edən hərbi əməliyyatlar və genişmiqyaslı dağıntılar fonunda yeni tədris ili başlayıb.

Məktəb binalarının bir qisminin istifadəyə yararsız vəziyyətə düşməsi səbəbindən minlərlə uşaq təhsilini müvəqqəti sığınacaqlarda və digər uyğunlaşdırılmış məkanlarda davam etdirməyə çalışır.

Yayılan görüntülərdən birində azyaşlı qızın dağıdılmış binaların arasından keçərək dərsə getməsi əks olunub.

Məlumata görə, iki ildən artıqdır davam edən münaqişə nəticəsində Qəzzada 20 mindən çox şagird və 532-dən çox müəllim həyatını itirib.

Dağıntılar arasında məktəbə gedən uşaqların görüntüləri isə bölgədə təhsilin üzləşdiyi ağır şəraiti əks etdirir.

Mənbə: Sabah

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir