Daşkəsəndə canlı yayımda söyüş söyən iki “TikTok” istifadəçisi cəzalandırıldı

Daşkəsəndə canlı yayımda söyüş söyən iki “TikTok” istifadəçisi cəzalandırıldı

Daşkəsəndə “TikTok” sosial şəbəkəsində açdıqları canlı yayım zamanı nalayiq ifadələr işlədən iki nəfər polis tərəfindən saxlanılıb.

Xeberyerinde xəbər verir ki, 21 yaşlı Elgün Məmmədov və 26 yaşlı Samir Bəşirov (ad və soyadlar şərtidir) şəxsi “TikTok” hesablarında canlı yayım zamanı ictimai mənəviyyatı təhqir edən və əxlaqi dəyərlərə zidd ifadələr işlədiblər.

Hadisədən sonra hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi ilə protokol tərtib edilib.

Elgün Məmmədov məhkəmədə əməlindən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirib. Samir Bəşirov isə ifadəsində əsəb xəstəsi olduğunu, canlı yayım zamanı onu təhqir edən şəxsə cavab olaraq nalayiq ifadələr işlətdiyini deyib. O, həmçinin himayəsində azyaşlı övladı olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə Elgün Məmmədov 10 sutka müddətinə inzibati qaydada həbs edilib. Samir Bəşirov isə 500 manat məbləğində cərimələnib.

Mənbə:lent.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir