Demet Özdemir selin ortasında qaldı: Xilasedicilər hərəkətə keçdi

Demet Özdemir selin ortasında qaldı: Xilasedicilər hərəkətə keçdi

Türkiyənin İstanbul şəhərində güclü yağışın səbəb olduğu sel nəticəsində köməksiz vəziyyətdə qalan aktrisa Demet Özdemir xilas edilib.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhərin Sarıyer bölgəsində baş verib. Studiyada qalan aktrisa ərazidə yaranan su basqını səbəbindən binadan çıxa bilməyib.

Xilasedicilər Demet Özdemiri kiçik motorlu qayıqla təhlükəsiz əraziyə təxliyə ediblər.

Qeyd edək ki, güclü leysan Sarıyer bölgəsində ciddi fəsadlara səbəb olub. Oxşar hadisə müğənni Murat Bozun da başına gəlib. O da sel səbəbindən studiyada köməksiz vəziyyətdə qalıb və bu gün səhər saatlarında təxliyə edilib.

Demet Özdemirin xilas edildiyi anların görüntüləri yayılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir