Diqqət! Bu qəsəbələrdə 2 gün içməli su kəsiləcək

Diqqət! Bu qəsəbələrdə 2 gün içməli su kəsiləcək

Abşeron rayonunun bir sıra qəsəbələrində və Bakının Sabunçu rayonunun bəzi ərazilərində iki gün müddətində içməli suyun verilişində fasilə yaranacaq.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-in verdiyi məlumata görə, buna istismar müddəti başa çatmış qəzalı su xəttinin bir hissəsinin yenisi ilə əvəz olunması səbəb olacaq.

Su kəsintisi 28 iyul səhər saatlarından 30 iyul günorta saatlarınadək davam edəcək.

Fasilə Abşeron rayonunun Saray, Ceyranbatan, Mehdiabad, Fatmayı, Goradil qəsəbələri və Corat bağ massivini, həmçinin Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, Ramana, Maştağa, Bilgəh və Nardaran qəsəbələrinin bəzi ərazilərini əhatə edəcək.

Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir