Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, telefon danışığı zamanı iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti və beynəlxalq gündəlikdə yer alan aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Prezidentlər Azərbaycan-Rusiya münasibətlərinin konstruktiv xarakter daşıdığını vurğulayıb, hökumətlər və aidiyyəti qurumlar arasında fəal dialoqun davam etdiyini qeyd ediblər.
Telefon danışığında qarşılıqlı faydalı əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi istiqamətində marağın olduğu bir daha təsdiqlənib.

