Dolların məzənnəsi dəyişmədi – avro ucuzlaşdı

Dolların məzənnəsi dəyişmədi – avro ucuzlaşdı

Azərbaycan Mərkəzi Bankı avqustun 31-i üçün əsas xarici valyutaların manata nisbətdə rəsmi məzənnələrini açıqlayıb.

“Xəbər Yerində” xəbər verir ki, yeni məzənnələrə əsasən, ABŞ dolları əvvəlki göstəricidə qalaraq 1,7000 manat təşkil edib.

Türkiyə lirəsinin məzənnəsi 0,0352 manat müəyyənləşdirilib. Rusiyanın 100 rublu isə bahalaşaraq 1,9764 manata çatıb.

Avronun manata qarşı rəsmi məzənnəsində isə azalma qeydə alınıb. Belə ki, 1 avro 1,9703 manat olub.

Beləliklə, avqustun 31-də əsas valyutalar üzrə rəsmi göstəricilər belədir:

  • 1 ABŞ dolları – 1,7000 manat
  • 1 avro – 1,9703 manat
  • 1 türk lirəsi – 0,0352 manat
  • 100 Rusiya rublu – 1,9764 manat

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir