Dövlət yol polisi motosiklet sürüclərinə müraciət etdi

Dövlət yol polisi motosiklet sürüclərinə müraciət etdi

Dövlət yol polisi vətəndaşların təhlükəsizliyi üçün motosiklet sürücülərinə müraciət etdi.

Xeberyerinde DYP-ə istinadən xəbər verir ki, qeyd olunan müraciətdə deyilir:

Hörmətli motosiklet sürücüləri !

Hər bir yol hərəkəti iştirakçısı kimi, yola çıxarkən unutmayın – yolda təhlükəsizlik sizin məsuliyyətinizdən başlayır. Dəbilqədən və mühafizə vasitələrindən istifadə edin, müəyyən edilmiş sürət həddinə, yol nişanlarının və işıqforun tələblərinə ciddi əməl olunmalıdır. Təhlükəli manevrlərdən, qarşı hərəkət zolağına çıxmaqdan və digər hərəkət iştirakçılarının həyatını riskə atacaq davranışlar yol verilməzdir.

Baş Dövlət Yol Polisi İdarəsi hər bir motosiklet sürücüsünü öz həyatını və digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qorumağa çağırır.

Yol mədəniyətimiz özümüzdən başlayır !

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir