Dubay hava limanlarında kriptovalyuta ilə ödəniş mümkün olacaq

Dubay hava limanlarında kriptovalyuta ilə ödəniş mümkün olacaq

Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, “Dubai Duty Free” mağazalar şəbəkəsi alış-veriş zamanı kriptovalyuta ilə ödəniş qəbul etməyə başlayıb.

Dubay hökumətinin yaydığı məlumata görə, sərnişinlər artıq DubayƏl-Məktum beynəlxalq hava limanlarında, eləcə də onlayn alış-veriş zamanı Crypto.com platforması vasitəsilə rəqəmsal valyuta ilə ödəniş edə biləcəklər.

Qeyd edək ki, bundan əvvəl Emirates aviaşirkəti də Crypto.com ilə əməkdaşlığa başlayaraq veb-saytı və mobil tətbiqi üzərindən biletlərin kriptovalyuta ilə ödənilməsini mümkün etmişdi. Bu xidmət hazırda yalnız BƏƏ dirhəmi ilə hesablaşmalar zamanı tətbiq olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir