Dünya əmtəə bazarlarında qiymətli metalların qiymətində artım müşahidə olunub.
Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,5 faiz bahalaşaraq 4 150,5 ABŞ dollarına yüksəlib.
Birjada gümüş də bahalaşan metallar sırasında olub. Belə ki, gümüşün bir unsiyasının qiyməti 1,17 faiz artaraq 59,6 ABŞ dollarına çatıb.
Analitiklər qiymətli metalların qiymətindəki dəyişikliklərin qlobal bazarlardakı iqtisadi proseslər və investorların təhlükəsiz aktivlərə marağı ilə əlaqəli olduğunu bildirirlər.
Mənbə: Apa

