ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il FIFA Dünya Kubokunda çempion bu gün bəlli olacaq.
Final qarşılaşmasında son dünya çempionu Argentina millisi ilə İspaniya yığması üz-üzə gələcək. ABŞ-ın Nyu-Cersi ştatındakı “MetLayf” stadionunda keçiriləcək oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Lamine Yamalın liderlik etdiyi İspaniya H qrupunda Yaşıl Burun Adaları ilə qolsuz bərabərə qaldıqdan sonra Səudiyyə Ərəbistanı və Uruqvayı məğlub edərək qrup lideri kimi pley-offa yüksəlib. “Matadorlar” daha sonra Avstriya, Portuqaliya, Belçika və Fransanı mübarizədən kənarlaşdıraraq finala vəsiqə qazanıblar.
Argentina isə J qrupunda Əlcəzair, Avstriya və İordaniyanı məğlub edərək qrup mərhələsini itkisiz başa vurub. Lionel Messinin kapitanı olduğu komanda pley-offda Yaşıl Burun Adaları, Misir, İsveçrə və İngiltərəni üstələyərək finala yüksəlib.
İspaniya tarixində ikinci, Argentina isə dördüncü dəfə dünya çempionu olmağa çalışacaq. İspaniya yeganə dünya çempionluğunu 2010-cu ildə qazanıb. Argentina isə 1978, 1986 və 2022-ci illərdə Dünya Kubokunun qalibi olub.
Mənbə: TRTspor

