Cəlilabad rayonunda güclü külək irigövdəli ağacı hərəkətdə olan avtomobilin üzərinə aşırıb.
Hadisə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində baş verib. Küləyin təsiri ilə aşan ağac “Ford Transit” markalı avtomobilin üzərinə düşüb.
Hadisə nəticəsində sürücü xəsarət almayıb, lakin avtomobilə ciddi ziyan dəyib.
Məlumata görə, magistralın digər hissələrində də təxminən 30 irigövdəli ağac yola aşıb. Bu səbəbdən nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb. Daha sonra ağaclar yoldan götürülüb və hər iki istiqamətdə hərəkət bərpa olunub.

