Perunun Pisko şəhərindən havaya qalxan kiçik turist təyyarəsi Nazka bölgəsində qəzaya uğrayıb.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, təyyarədə olan 11 sərnişin və 2 ekipaj üzvünün hamısı həlak olub. Hazırda hadisə yerindən 4 nəfərin meyiti çıxarılıb, digər cəsədlərin axtarışı davam edir.
Bildirilib ki, turistlər məşhur Nazka xətlərini havadan izləmək üçün təşkil edilən ekskursiya uçuşunda iştirak edirdilər.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil. Faktla bağlı Peru Mülki Aviasiya Qurumu tərəfindən araşdırmalara başlanılıb.
Qeyd edək ki, bu bölgədə daha əvvəl də oxşar qəzalar baş verib. 2022-ci ildə baş verən təyyarə qəzasında 7 nəfər, 2010-cu ildə isə Nazka xətləri üzərində həyata keçirilən uçuşdan sonra qəzaya uğrayan təyyarədə 6 nəfər həyatını itirmişdi.

