Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Xeberyerinde Gəncə xəbər agentliyinə istinadən xəbər verir ki, qəza şəhərin 28 May küçəsində qeydə alınıb. Hərəkətdə olan “Hyundai” və “Renault” markalı minik avtomobillərinin toqquşması nəticəsində idarəetməni itirən “Hyundai” yol kənarında park edilmiş “Qazel” və “Mercedes” markalı yük avtomobillərinə çırpılıb.
Hadisə zamanı 1998-ci il təvəllüdlü Elmir Tağızadə müxtəlif bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti qənaətbəxşdir.
Baş vermiş qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





