Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar çimərliklərə üz tutan vətəndaşlara müraciət edib.
Nazirliyin yaydığı məlumata görə, gün ərzində Bakıda və Abşeron yarımadasında küləkli hava şəraitinin müşahidə olunacağı gözlənilir.
FHN bir daha xatırladıb ki, küləkli hava şəraitində dənizə girmək həyati təhlükə yarada bilər. Bu səbəbdən vətəndaşlar təhlükəsizlik qaydalarına ciddi əməl etməyə və riskli hava şəraitində dənizə daxil olmamağa çağırılıb.

