Əhaliyə xəbərdarlıq: Bakının bəzi ərazilərində planlı elektrik kəsintisi olacaq

Əhaliyə xəbərdarlıq: Bakının bəzi ərazilərində planlı elektrik kəsintisi olacaq

Bu gün Bakının müxtəlif rayonlarında və Abşeronun bəzi yaşayış məntəqələrində planlı təmir və yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

“Azərişıq”ın yaydığı məlumata əsasən, Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən “ETK-4” yarımstansiyasından qidalanan “Masazır-1” və “Masazır-2” hava xətlərində yenidənqurma işləri aparılacaq. Bu səbəbdən saat 09:00-dan 12:00-dək Asəf Zeynallı küçəsi, DSK yolu və Baş Dövlət Yol Polisi İdarəsinin ətrafında elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Eyni zamanda, Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin balansında olan transformator məntəqəsində aparılacaq təmir-təftiş işləri səbəbindən saat 09:00-13:00 aralığında Həsən Əliyev küçəsi 131 ünvanında yerləşən Telefon Rabitə Qovşağı fasilələrlə elektrik enerjisiz qalacaq.

Yasamal rayonunda da planlı təmir işləri həyata keçiriləcək. Saat 10:00-dan 13:00-dək Abdulla Qarayev, Nazim Hacıyev, Habil Əliyev, Murad Mirzəyev və Ümid Əkbərov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq.

Oxşar təmir-təftiş işləri Nizami rayonunda yerləşən bir neçə transformator məntəqəsini də əhatə edəcək. Bu səbəbdən eyni saatlarda Keşlə qəsəbəsində Kamran Əfkari, Məşədi Hilal Kazımov, Rafiq Ağayev, Yarış, Kəndçi və Nizami Abdullayev küçələrinin bəzi hissələri müvəqqəti olaraq gərginliksiz qalacaq.

Bundan əlavə, Bağlar Enerji Təchizatı və Satışı İdarəsinin ərazisində yerləşən “Sarıqaya” yarımstansiyasından qidalanan “Novxanı-1” hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 15:00-dək Novxanı qəsəbəsinin bəzi ərazilərində də elektrik enerjisinin verilişində fasilə olacaq.

Qurum bildirir ki, planlaşdırılan işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə istehlakçılar daha dayanıqlı və keyfiyyətli elektrik təchizatı ilə təmin olunacaqlar.

Mənbə: APA

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir