Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində dənizdə 1 nəfərin batdığı ehtimal olunur.
Xeberyerinde Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Ələt qəsəbəsində ən yaxın sularda xilasetmə məntəqəsindən 15 kilometr aralı, nəzarətsiz dəniz ərazisində bir nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Hazırda 2011-ci il təvəllüdlü Əlihəsənov Həsən Asif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə işləri davam etdirilir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

